Hövsan qəsəbəsində 33 yaşlı kişi intihar edib

18 İyul 2019 02:16 (UTC+04:00)

Bakının Suraxanı rayonunda intihar hadisəsi baş verib.

SİA xəbər verir ki, insident Hövsan qəsəbəsində qeydə alınıb.

1986-ci il təvəllüdlü Ruslan Fəxrətov boğazını bıçaqla kəsib. O, qanaxmadan dünyasını dəyişib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.