İran təyyarəsi hava limanında qəza törədib

18 İyul 2019 06:17 (UTC+04:00)

İranın Sari hava limanında sərnişin təyyarəsi qəza törədib.

SİA xəbər verir ki, həcc ziyarətinə zəvvarları aparmaq üçün Sari hava limanına eniş edən "Iran Air" şirkətinə məxsus təyyarənin qanadı elektrik dirəyinə çırpılıb və zədələnib.

Hadisə zamanı xəsarət alan olmasa da, təyyarəyə ciddi ziyan dəyib.