43 yaşlı kişini borca görə bıçaqladılar

18 İyul 2019 01:03 (UTC+04:00)

Bakıda pul borcu üstündə bıçaqlanma olub. Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib. Sumqayıt şəhər sakini, 1979-cu il təvəllüdlü Abdulov Elşad İsgəndər oğlu tanışı, 1976-cı il təvəllüdlü Əsgərov Ramil Nəsib oğluna borc verdiyi 400 manatı ala bilmədiyi üçün mübahisə edib.

Mübahisə nəticəsində E.Abdulov R.Əsgərova 4 bıçaq zərbəsi endirib. R.Əsgərov xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb və E.Abdulov şübhəli şəxs qismində tutulub.