"Çalışacağıq ki, həmin qarşılaşmada səhvsiz oynayaq”

18 İyul 2019 03:03 (UTC+04:00)

“Boluspor” gözlədiyimizdən daha sürətli oyun nümayiş etdirdi. İlk yarıda istədiyimiz oyun bəzən alınsa da, bəzən rəqib imkan vermirdi. Düzdür, son görüşdə bəzi səhvlərimiz də oldu. Lakin bu, hazırlıq matçı idi. “Boluspor”la matçı analiz edəcəyik. Çalışacağıq səhvləri aradan qaldıraq. Sonuncu yoxlama oyunumuzda qələbə qazanmağımız yaxşı oldu. Çünki bu qalibiyyət ona görə lazım idi ki, önümüzdəki həftəyə pozitiv keçək”.

Bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Türkiyədə təşkil olunan təlim-məşq toplanışı çərçivəsində "Boluspor"a qalib gəldikləri sonunuc yoxlama oyunundan (2:1) sonra klubun saytına deyib.

Təlim-məşq toplanışını dəyərləndirən Qurbanov, UEFA Avropa Liqasının iyulun 25-də keçiriləcək II təsnifat mərhələsinin ilk matçına hazırlıq barədə də danışıb: “Bu qarşılaşma ilə Bolu toplanışını da başa vurduq. İki mərhələdən ibarət hazırlıq planı üzrə çalışdıq. Futbolçular istəkli idilər, işlərinə məsuliyyətlə yanaşdılar. Artıq iyulun 25-də keçiriləcək avrokubok matçına köklənirik. Başa düşürük ki, həmin qarşılaşmada daha sürətli rəqibə qarşı oynayacağıq. Avropa Liqasındakı ilk oyunumuz üçün heyəti özlüyümdə müəyyənləşdirmişəm. Bu gün də həmin “11-liy”in meydanda olub, formalaşmasına imkan yaratdıq. Çalışacağıq ki həmin qarşılaşmada səhvsiz oynayaq”.