Qazaxda üçotaqlı ev yanıb

17 İyul 2019 18:43 (UTC+04:00)

Qazax rayonunun Daş Salahlı kəndində ümumi sahəsi 120 kvadratmetr olan üçotaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya bildiriblər ki, hadisə nəticəsində ev əşyaları ilə birlikdə yanıb. Binanın dam örtüyü və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.