“Yuventus” daha bir futbolçu transfer edib

17 İyul 2019 19:29 (UTC+04:00)

“Yuventus” heyətinə daha bir futbolçu cəlb edib. Belə ki, tunisli yarımmüdafiəçi Hamza Rafia Turin təmsilçisinə keçib. Bu barədə məlumatı 20 yaşlı futbolçunun son olaraq çıxış etdiyi “Lion” klubunun rəsmi saytı yayıb. Rafia ilə 3 illik müqavilə imzalanıb. “Yuventus”un bu transfer üçün “Lion”a 400 min avro təzminat ödədiyi bildirilir.