Bu il 967 milyondan çox sərnişin daşınıb

17 İyul 2019 18:07 (UTC+04:00)

Yarım ildə nəqliyyatçılar 967,3 milyon nəfərə və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çox sərnişinə xidmət göstəriblər. Dövlət Statistika Komitəsindən SİA-ya bildirilib ki, sərnişinlərin 87,7 faizi avtomobil nəqliyyatı, 12,1 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.