53 FETO-çu ömürlük həbs edildi

17 İyul 2019 17:04 (UTC+04:00)

Fətullahçı Terror Təşkilatının (FETÖ) Türkiyədə hərbi çevriliş cəhdindən sonra aparılan istintaq çərçivəsində Atatürk Hava Limanının işğal etməsinə cəhddə şübhəli bilinərək saxlanılan şəxslərin məhkəmə prosesi yekunlaşıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məhkəmə şübhəli şəxs qismində saxlanılan 97 nəfər barədə yekun qərar verib.

Məhkəmənin qərarına əsasən təqsirləndirilən 10 nəfər ağırlaşdırılmış ömürlük, 43 nəfər ömürlük, 44 nəfər isə 12 il 6 ay həbs cəzasına məhkum edilib.