Ermənistan hakimiyyəti Sevan problemindən sui-istifadə edir

17 İyul 2019 16:53 (UTC+04:00)

Sevan gölü problemindən sui-istifadə edən Ermənistan hakimiyyəti xaricdə pul çəkməyə çalışır. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Jamanak” qəzeti yazır.

Qəzet yazır ki, Sevan gölünün problemini Ermənistan hakimiyyəti yoxlanılmayan kanalizasiya axını, gölün sahillərinin təmizlənməməsi, kütləvi balıq və xərçəng tutulması, süni yetişdirilən balıqlar sayəsində suda fosfor və azot səviyyəsinin artması səbəbi kimi deyil, birbaşa qlobal ekoloji fəlakət, iqlim dəyişikliyinin nəticəsi olaraq təqdim etməyə cəhd edir.

Görünür, Nyu-Yorkda baş nazirin müavini Tiqran Avinyanın "Sevan"ı itirə bilərik sözü əbəs yerə deyildi və daha dəqiq desək, baş nazirin müavini "Sevan"ı itirməmək üçün pul verin deyirdi.