Erməni hakimin kompüteri müsadirə edilib, kabineti isə möhürlənib

17 İyul 2019 15:40 (UTC+04:00)

Dünən Yerevan şəhərindəki ümumi yurisdiksiya məhkəməsinin hakimi David Qriqoryanın ofisində axtarış aparılıb, onun kompüteri müsadirə olunub, sonra isə kabineti möhürlənib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə politica.am informasiya verib.

İnformasiyada deyilir ki, Şəxsi Tədqiqat Xidmətinin müstəntiqi bu kabinetin cinayət yeri olduğunu əsas gətirərək polisə kabineti möhürləmək tapşırığı verib. Amma hansı cinayət və hansı iş üzrə olduğu hələlik aydın deyil. Məzuniyyətdən dönən hakim baş verənlərdən təəccüblənib. Hakimn və onun vəkilinin kabinetə daxil olmasına qadağa qoyulub.