İdmançımız Avropa ikincisi oldu

17 İyul 2019 15:12 (UTC+04:00)

Çexiyanın Ostrava şəhərində stolüstü tennis üzrə gənclər arasında keçirilən Avropa çempionatı başa çatıb. SİA-nın məlumatına görə, komanda yarışlarında oğlanlardan ibarət Azərbaycan yığma komandası II yeri tutaraq gümüş medal qazanıb.

Şəxsi oyunlarda finala yüksələn Azərbaycan tennisçisi Yu Khinhang çempionatın gümüş medalına sahib olub.