Azərbaycan 5 ayda 1 milyard dollarlıq təbii qaz ixrac edib

17 İyul 2019 14:27 (UTC+04:00)

SOCAR və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən, 5 ayda Azərbaycandan 5 milyard 257,7 milyon kubmetr təbii qaz ixrac olunub. Yanvar-may aylarında ixrac olunan təbii qazın dəyəri isə 1 milyard 32 milyon 806 min ABŞ dolları təşkil edib.

Bu barədə SİA-ya Dövlət Statistika Komitəsindən bildirilib.