Mənzurə efirdə Manafı biyabır etdi

17 İyul 2019 16:16 (UTC+04:00)

Müğənnilər Mənzurə Musayeva və Manaf Ağayev aparıcı Zaur Kamalın idarə etdiyi verilişində qonaq olub. SİA-nın məlumatına görə, o, efirdə M.Ağayev haqqında danışaraq, biyabır edib: "Elə bildim Manaf hamıya dəstək olur. Amma indiyə kimi mənə bir dəfə də pul verməyib. Manafdan bir dəfə də olsun mənə maddi dəstək olmayıb. Bir müddət öncə ondan 5 min manat borca pul istədim, vermədi".

Mənzurənin bu sözləri həmkarını çaşdırıb. M. Ağayev əvvəl tutulub, daha sonra xatırlayıb.