AZAL-ın təyyarəsi quşla toqquşub

17 İyul 2019 12:00 (UTC+04:00)

Bu gün səhər saatlarında Naxçıvan-Bakı istiqamətində reys həyata keçirən “Azərbaycan Hava Yolları”na məxsus Airbus 320 təyyarəsi quş ilə toqquşub.

SİA-nın məlumatına görə, bu barədə “Azərbaycan Hava Yolları” xəbər verib.

Bu hadisə texniki göstəricilərə təsir etmədiyinə görə hava gəmisinin kapitanı uçuşu davam etdirmək qərarı alıb və uçuş ştat rejimində keçib.

Təyyarə Bakıda uğurlu eniş edib, xəsarət alan yoxdur.