"Paşinyan özü də bilmir ki, bu vəziyyətdən necə çıxsın" ÖZƏL-MÜNASİBƏT

17 İyul 2019 12:34 (UTC+04:00)

"Azərbaycan ordusu güclüdür, öz mövqeyindən dönmür və Azərbaycanın Ali Baş Komandanı Azərbaycanın ərazi bütövlüyünü prioritet kimi irəli sürür. Təbii ki, işğalçı ölkədə bunu görür. Azərbaycan Prezident hər zaman qeyd edib ki, “Biz ikinci bir erməni dövlətinin yaranmasına şərait yaratmayacayıq”. Bütün bunlar Ermənistan baş naziri Nikol Paşinyanı qorxudur. Çünki Paşinyan hakimiyyətə gəlməmişdən öncə bəyan etmişdi ki, o Qarabağ məsələsini Ermənistanın xeyrinə həll edəcək". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

"Amma Paşinyan hakimiyyətə gələndən sonra gördü ki, heç də bunun küçələrdə danışdığı ilə reallıq üst-üstə düşmür. Ona görə də Ermənistan son zamanlar cəbhə xəttində təxribatlara əl atmağa başlayıb. Onlar həm dünyanın müxtəlif yerlərində olan lobbiləri vasitəsilə Azərbaycan dövlətini, Prezidentimizi şərləmək yolunu tuturlar, həm də Azərbaycan xalqına qarşı bu cür məsələlərdə ciddi fəallıq göstərirlər. Azərbaycanda şəhidlərin verilməsi isə heç də təsadüfi deyil. Çünki Ermənistanda gərginlik pik həddindədir. Mən Ermənistandan başqa təxribatlar da gözləyirəm. Onlar Azərbaycanı çox qarışdırmağa çalışırlar və hələlik buna nail ola bilmirlər. Nail ola bilmədiklərinə görə də onlar daha da azğınlaşırlar və quduzlaşırlar. Əslində bu Ermənistanda baş verən istefalar silsiləsindən sonra Paşinyanın aqoniyasıdır. Paşinyan özü də bilmir ki, necə etsin ki, bu vəziyyətdən çıxsın. Həm “Qarabağ klanı” ilə qarşıdurmalar, həm Paşinyan Rusiya qarşıdurması, həm Paşinyanın Avropaya yaxınlaşmaq istəyinin kifayət qədər uğurlu olmaması, həm də Azərbaycan Prezidentinin yürütdüyü siyasət və s. hamısı Paşinyanı kifayət qədər gərginliyə salıb"-deyə, C.Nuriyev fikrini tamamlayıb.