İlin ikinci Ay tutulması başlayıb

17 İyul 2019 09:35 (UTC+04:00)

Cari ilin ikinci Ay tutulması (qismən) başlayıb. AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından SİA-ya verilən məlumata görə, proses saat 00:03-də başlayıb, saat 01:31-də maksimum həddə olacaq və saat 02:59-da başa çatacaq.

Ay tutulması Azərbaycanda müşahidə olunmayacaq. Bu təbiət hadisəsini Cənubi Amerika, Avropa, Afrika, Asiya, Avstraliya və Rusiyada görmək mümkün olacaq.