Tutanhamonun sarkofaqı bərpa olunacaq

17 İyul 2019 09:11 (UTC+04:00)

Qədim Misir fironu Tutanhamonun taxtadan olan sarkofaqı bərpa edilmək üçün Böyük Misir Muzeyinin xüsusi laboratoriyasına göndərilib. SİA yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Qədim abidələr üzrə Ali Şuranın baş katibi Mustafa Vəziri məlumat verib.

Onun sözlərinə görə, bu minilliklərlə tarixi olan sarkofaqın bərpa kursunu keçmək üçün muzeyə aparılması barədə qərar qədim abidələr üzrə xüsusi komissiya tərəfindən qəbul olunub. Bu tarixi abidənin Böyük Misir Muzeyinə köçürülməsi üçün yüksək təhlükəsizlik tədbirləri görülüb. Bildirilib ki, 1922-ci ildə aşkar edilən sarkofaq ilk dəfə olaraq bərpa ediləcək.

Muzeyin bərpa işləri üzrə direktoru İsa Zeydan qeyd edib ki, sarkofaqın bərpası üzrə işlər səkkiz ay çəkəcək. Onun sözlərin görə, mütəxəssislər sarkofaqın qızıl suyuna salınmış üst qatında çoxlu çatlar aşkar ediblər.