Avropanın ən yaxşı adalarının sıralaması

17 İyul 2019 08:21 (UTC+04:00)

ABŞ-ın "Travel and leisure" nüfuzlu səyahət jurnalının oxucuları arasında aparılan sorğuya əsasən Yunanıstanın "Milos" adası "2019-cu ildə Avropanın ən yaxşı adaları" nominasiyasında birinci yeri qazanıb.

SİA xəbər verir ki, bundan əlavə, yunan adaları Avropanın 15 ən yaxşı adaları siyahısına da daxil edilib. Belə ki, Krit adası 2-ci, Paros 4-cü, Santorini 5-ci yerləri qazanaraq Yunanıstanı bu nominasiyada birinci edib. Eyni zamanda, bu dörd ada dünyada ən yaxşı adalar siyahısında da (Milos dördüncü, Krit yeddinci, Paros on birinci, Santorini on dördüncü) yer alıb.