Gürcüstan çempionu növbəti mərhələdə

17 İyul 2019 03:15 (UTC+04:00)

Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə 6 görüş keçirilib. Gecənin maraqla gözlənilən oyunlarından biri Gürcüstanda olub. "Saburtalo" doğma meydanda "Şerif"i qəbul edib. Səfər matçında 3:0 hesabı ilə qalib gələn gürcü klubu evdə 1:3 uduzmasına baxmayaraq, iki oyunun nəticəsinə əsasən mərhələ adlayıb. "Şerif" isə mübarizəni Avropa Liqasında davam etdirəcək. Moldova çempionu Avroliqanın 2-ci təsnifat mərhələsində "Qarabağ" - "Partizani" cütünün məğlubu ilə qarşılaşacaq.

Qeyd edək ki, "Qarabağ" - "Partizani" və digər 9 görüş bu gün keçiriləcək.

16 iyul

Çempionlar Liqası, I təsnifat mərhələsi, cavab oyunları

19:00. “Şkendiya” (Makedoniya) - “Nomme Kalyu” (Estoniya) - 1:2
İlk oyun – 1:0

21:30. “Saburtalo” (Gürcüstan) - “Şerif” (Moldova) - 1:3
İlk oyun – 3:0

22:00. “HB Torshavn” (Farer adaları) - HİK (Finlandiya) - 2:2
İlk oyun – 0:3

22:00. “Valletta” (Malta) - “Düdelanj” (Lüksemburq) - 1:1
İlk oyun – 2:2

22:45. “Ferronikeli” (Kosovo) - TNS (Uels) 0 :1
İlk oyun – 2:2

22:45. “Srvena Zvezda” (Serbiya) - “Suduva” (Litva) - 2:1
İlk oyun – 0:0