Göyçayda iki usaq anası özünü kanala atıb

17 İyul 2019 05:03 (UTC+04:00)

Göyçayda gənc qadın intihara cəhd edib.

SİA xəbər verir ki, hadisə bu gün rayonun Çaxırlı kəndində qeydə alınıb.

Kənd sakini 1991-ci il təvəllüdlü Rüstəmova Şahidə Zahid qızı özünü su kanalına ataraq intihara cəhd edib. O, təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İki uşaq anası Ş.Rüstəmovanın özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.