İlk dəfə olaraq Avropa İttifaqı Komissiyasının prezidenti vəzifəsinə qadın seçilib

17 İyul 2019 04:59 (UTC+04:00)

Bu gün Avropa Parlamentində baş tutan gizli səsvermədə Ursula von der Leyen 383 parlament üzvünün dəstəyini qazanaraq Avropa İttifaqı (Aİ) Komissiyasının yeni prezidenti seçilib.

SİA xəbər verir ki, hazırda Avropa İttifaqı Komissiyasının prezidenti vəzifəsini icra edən Jan-Klod Yunker oktyabrın 31-də vəzifədən gedəcək.

Qeyd edək ki, yeni seçilən prezident bundan əvvəl Almaniyanın müdafiə naziri vəzifəsində çalışıb. O, Aİ Komissiyasının prezidenti vəzifəsinə seçilən ilk qadındır.