“Borussiya”nın futbolçusu PSJ-yə keçib

16 İyul 2019 21:32 (UTC+04:00)

“Borussiya”nın (Dortmund) futbolçusu Abdu Diallo PSJ-yə keçib. Fransa klubun rəsmi saytında yer alan məlumatda deyilir ki, 23 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. PSJ-nin fransalı futbolçu üçün Dortmund təmsilçisinə 32 milyon avo ödədiyi bildirilir. Qeyd edək ki, Diallo ötən mövsüm "Borussiya"nın heyətinə 38 oyuan 1 qol vurub, 1 məhsuldar ötürmə edib.