"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib

17 İyul 2019 00:37 (UTC+04:00)

"Zirə" yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib. Klubun rəsmi saytında yer alan xəbərə görə, paytaxt təmsilçisi Soni Norde ilə anlaşıb. Haitili hücumçu ilə 1 illik müqavilə bağlanılıb.
29 yaşlı futbolçu bundan öncə “Boka Xuniors B” (Argentina), “San Luis B” (Meksika), “Altamira” (Meksika), SRKC (Banqladeş), “Mohun Baqan” və “Mumbay Siti” (hər ikisi Hindistan) klublarında çıxış edib. Qeyd edək ki, "Zirə" buna qədər Elvin Məmmədov, Cavid Hüseynov, Elvin Camalov, Nicat Süleymanov, Boyan Zaqoviç və Miloş Bakraçı transfer edib.