İsrailin Vergi Orqanının baş direktoru yeni Bakı Limanında olub

16 İyul 2019 19:02 (UTC+04:00)

İsrailin Vergi Orqanının baş direktoru Eran Yaakov iyulun 16-da Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanında olub. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən SİA-ya bildirilib ki, QSC-nin baş direktoru Taleh Ziyadov qonağa Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin nəqliyyat qovşağına çevrilməsi istiqamətində aparılan işlər və Bakı Limanının bu prosesdəki rolundan danışıb.

Müasir texnoloji həllərin tətbiq olunduğu limanda professional işçi kollektivinin formalaşması, gənc perspektivli kadrların cəlb olunması istiqamətində də müsbət addımların atılması qonağın diqqətinə çatdırılıb.