İtaliyada “narıncı” dərəcəli xəbərdarlıq elan edilib

16 İyul 2019 18:26 (UTC+04:00)

İtaliyanın əksər regionlarına əlverişsiz hava şəraiti ilə əlaqədar “narıncı” səviyyəli xəbərdarlıq elan edilib. SİA xəbər verir ki, ölkənin bir sıra regionlarında isə “sarı” səviyyəli xəbərdarlıq elan olunub.

İtaliyanın şimal şəhərlərində güclü daşqınlar meydana gəlib. Valle d’Aosta əyalətində qar yağıb. Pyemont isə yağış suları altında qalıb.

Ölkənin aparıcı kənd təsərrüfatı təşkilatı olan “Coldiretti” ötən həftə güclü dolunun vurduğu zərərlə bağlı həyəcan siqnalı verib.