Ermənilər şokdadır

16 İyul 2019 17:48 (UTC+04:00)

Dünəndən etibarən erməni siyasi quruluşu şok vəziyyətdədir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Naira Zöhrabyan özünün facebook səhifəsində Ermənistan hakimiyyətinin Venesiya Komissiyasının 119-cu sessiyasının protokoluna reaksiyasına münasibət bildirərkən ifadə edib.

"Dünəndən etibarən erməni siyasi quruluşu şok vəziyyətdədir. Təsəvvür edin ki, ölkədə yaradılan məhkəmə qanunsuzluğu barədə Venesiya Komissiyası olduqca kəskin şəkildə öz mövqeyini ifadə etməyə cəsarət edib.