Fiaskoya uğrayan Ermənistan

16 İyul 2019 14:17 (UTC+04:00)

Ermənistan hakimiyyətinin bütün istiqamətlərdə, ələlxüsus da Rusiya yönündə xarici siyasəti fiaskoya uğrayıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanana məlumata istinadən xəbər verir ki, bu barədə “İrates” qəzeti yazır.

Qəzet yazır ki, bu yaxında Alen Simonyanın rəhbərlik etdiyi erməni-rusiya nümayəndə heyətinin Moskvaya səfəri zamanı olduqca maraqlı hadisə baş verib. Beləki, heyət çamadanları ilə birlikdə avtobusla göndərilib və görüşlərdə iştirakdan öncə çamadanlar avtobusda saxlanılıb. Görüş bitdikdən sonra heyət elə avtobusdaca oaltarlarını dəyişib və birbaşa aeroporta, oradan da Ermənistana yollanıb.

"Ermənistan parlamentarizmi tarixində belə bir şey olmayıb", deyə iştirakçılardan biri bildirib.

Yeri gəlmişkən, səfər zamanı nümayəndə heyətinin rəhbəri Alain Simonyan Dövlət Dumasının sədr müavini Sergey Neverov ilə görüşüb. Amma, maraqlıdır, Dövlət Dumasının rəsmi hesabatında S.Neverov ilə bir kadr var və arxadan çəkilən "adam" da heç də Alen Simonyan deyil.