Arif Babayev: "Həyat yoldaşımdan çox razıyam"

16 İyul 2019 15:20 (UTC+04:00)

Xalq artistləri Arif Babayev və Rafael Dadaşov verilişlərin birində qonaq olublar. SİA-nın məlumatına görə, iki məşhur ilk sevgilərindən danışıblar.

R.Dadaşov sevgi haqqında bunları deyib: "İlk sevgiyə inanıram. Sevmişəm və hələ də sevirəm".

A.Babayev ilk sevdiyi xanımla ailə qurduğunu etiraf edib: "Ömrümdə bir dəfə sevib, həmin xanımla da ailə qurmuşam. Ölənə kimi də həyat yoldaşımı sevəcəm. Mənə onun kimi heç kim qulluq edə bilməz. Allahımdan və həyat yoldaşımdan çox razıyam".