Bağdaddakı partlayış 5 nəfərin həyatına son qoyub

16 İyul 2019 03:49 (UTC+04:00)

İraqın paytaxtı Bağdadın cənub-qərbində ard-arda baş vermiş iki partlayış nəticəsində azı 5 nəfər ölüb.

SİA “sozcu.com.tr” saytına istinadən xəbər verir ki, partlayışlar bölgədə yerləşən məscidin yaxınlığında törədilib. Əvvəlcə məscidin özündə əldə hazırlanmış partlayıcı işə salınıb, daha sonra kamikadze öz üzərində olan partlayıcı qurğunu partladıb.

Qeyd olunur ki, insident nəticəsində təxminən 20 nəfər də yaralanıb. Onlar İraq paytaxtındakı xəstəxanalardan birinə yerləşdirilib.

Bağdad polisi ərazini nəzarətə götürüb, hadisənin digər təfərrüatları araşdırılır.