"Boeing 737 Max" təyyarələrinə qoyulmuş qadağa 2020-ci ildən tez ləğv edilməyəcək

16 İyul 2019 07:15 (UTC+04:00)

“Boeing 737 Max” tipli təyyarələrin uçuşuna qoyulmuş qadağa 2020-ci ildən tez aradan qaldırılmayacaq.

SİA xəbər verir ki, xarici texnoloji nəşrlərə istinadən bildirir ki, şirkət bu təyyaərələrdə aşkar edilmiş nasazlıqları bu müddətdən öncə aradan qaldıra bilməyəcək. Eyni zamanda, uçuşun bərpasına mane olan nüanslardan biri ABŞ Mülki Aviasiya Federal İdarəsinin rəhbərliyinin dəyişdirilməsi ola bilər.