Ölkədə maqnit qasırğası var?

16 İyul 2019 01:05 (UTC+04:00)

Ötən gün Günəş fəallığı çox aşağı səviyyədə olub. Bu barədə Trend-ə Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Məlumata görə, Günəş diski ləkəsiz olub. Həmin dövrdə elektron seli normal səviyyədə olub. Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunub. Günəş küləyinin sürəti ortalama 440 km/san olub. Ümumi maqnit sahəsi 3-5 nT intervalında qeydə alınıb.

Bildirilir ki, geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakit olub.

Növbəti günlər üçün (15 - 17 iyul) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Proqnoz dövründə 15 iyul günorta radələrində Günəş küləyi parametrlərinin mənfi qütblü effektinin geoeffektiv təsiri hesabına güclənəcəyi proqnozlaşdırılır. Proqnozlara görə, maqnit qasırğasının yaranması ehtimalı 15 və 16 iyulda 10%-dən, 17 iyulda isə 5%-dən aşağı qiymətləndirilir.