Filippin hökuməti ölkənin mərkəzi hissəsində "Denqe" qızdırması ilə bağlı həyəcan təbili çalıb. Trend-in məlumatına görə, 2019-cu ilin əvvəlindən bu qorxulu xəstəlik səbəbindən 450 nəfər dünyasını dəyişib.
Xəstəliyə yoluxanaların isə daha çox 5-9 yaş arası uşaqlar olduğu qeyd edilir. Hazırda hökumət ölkənin xəstəlik yayılmış digər hissələrinin əhalisinə xəbərdarlıq etməklə əhalini qorumağa çalışır.