Almaniyanın müdafiə naziri istefa verəcək

15 İyul 2019 21:20 (UTC+04:00)

Almaniyanın müdafiə naziri Ursula fon der Leyen Avropa Komissiyası prezidentliyinə namizəd olduğu üçün istefa verəcək. TASS agentliyi xəbər verir ki, bu barədə nazir özü açıqlama verib. “Avropa Komissiyası prezidentliyinə keçiriləcək seçkilərin nəticəsindən asılı olmayaraq istefa verəcəyəm", - deyə nazir qeyd edib. Xatırladaq ki, Avropa Komissiyası prezidentliyinə seçkilər iyulun 17-də keçiriləcək.