"Yuventus" Aaron Remzini ictimaiyyətə təqdim edib

15 İyul 2019 23:40 (UTC+04:00)

"Yuventus" yeni transferi Aaron Remzini ictimaiyyətə təqdim edib. İtaliya klubunun rəsmi saytında yer alan məlumata görə, uelsli yarımmüdafiəçi Turin təmsilçisində 8 nömrəli formada çıxış edəcək. 28 yaşlı futbolçu təqdimat mərasimində "Yuventus"a keçidi haqda danışıb: "Yuventus"da olduğum üçün xoşbəxtəm. Qısa vaxtda komandaya qoşulmaq istəyirəm. Bu klub mənimlə maraqlananda mənə yuxu kimi gəlirdi. Burada yaxşı qarşılandım. Baş məşqçimiz Mauritsio Sarri ilə danışdım. Böyük hədəflərə nail olmaq üçün ona kömək etməyə hazıram".

Qeyd edək ki, son klubu "Arsenal" olan Remzi "Yuventus"a azad agent kimi keçib.