Növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edən "Qarabağ" yay fasiləsində üçüncü transferini gerçəkləşdirib. Klubun rəsmi saytında yer alan xəbərə görə, Ağdam təmsilçisi Rerras Faysalı heyətinə qatıb. Mərakeşli müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.