Futbol üzrə UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Neftçi" - "Sperantsa" (Moldova) matçının hakimləri açıqlanıb. UEFA-nın saytında yer alan məlumata görə, qarşılaşma avstriyadan olan briqadasına tapşırılıb. Baş hakim Yulian Vaynberger olacaq. Ona yan xətdə Maksimilian Kolbiç və Mixael Nemets kömək edəcək. Andrea Hayss isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.