Elşad Mirbəşiroğlu: “Ermənistan törətdiyi bütün cinayətlərinə görə cavab verəcək” RƏY-ÖZƏL

15 İyul 2019 16:54 (UTC+04:00)

“Ermənilərin işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlə məşğul olmaları faktdır”. Bunu SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib. Onun sözlərinə görə, işğalçı Ermənistan Azərbaycan ərazilərində yanğınlar törədir, dünyanın müxtəlif bölgələrində partlayışlar törətmək, kütləvi qətliamlar həyata keçirmək üçün terrorçular yetişdirilər: “Amma bu cür faktlar ola-ola beynəlxalq təşkilatlar susqunluq nümayiş etdirirlər. Ümumiyyətlə, xarici güc mərkəzləri və beynəlxalq qurumlar bu günə qədər Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə görə, işğalçıya qarşı konkret mövqe ortaya qoymayıb. Yəni heç bir reaksiya verməyiblər. Bu da ikili standartların olmasından irəli gəlir. Yaxşı olardı ki, beynəlxalq təşkilatlar işğalçıya qarşı iqtisadi, siyasi sanksiyalar tətbiq etsin. Onsuzda Ermənistan gec-tez işğal altında olan torpaqları azad edəcək və törətdiyi bütün cinayətlərinə görə də cavab verəcəkdir. Çünki o torpaqlar Azərbaycanının tarixi torpaqlarıdır”.

GÜLYANƏ