Livanda fələstinli qaçqınlar etiraza qalxıblar

15 İyul 2019 14:24 (UTC+04:00)

Livanda məskunlaşan fələstinlilər bu ölkənin Əmək Nazirliyinin qərarından sonra etiraza qalxıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Livanın Əmək Nazirliyinin əcnəbi vətəndaşların qeyri-qanuni iş fəaliyyəti ilə bağlı qərarından sonra fələstinlilərin düşrgələrində etirazlar baş qaldırıb.

Xüsusilə də fələstinlilərin ölkənin müxtəlif bölgələrindəki ticarət obyektlərinin bağlanılması ilə bağlı qərarı, ölkədə sayı 500 mini keçən fələstinlilərin olduğu düşərgələrdə gərginliyə səbəb olub.

Livanın cənubunda fələstinlilər Raşidin düşərgəsinin girəcəklərini bağlayıblar.

HƏMAS bəyanat yayaraq Livan hökumətinin bu addımını qınayıb və onun ABŞ-ın Fələstinlə bağlı nəzərdə tutduğu məşum "Əsrin Sazişi" planına dəstək kimi qiymətləndirib