Quba və Xaçmazda qanunsuz heyvan kəsiminə qarşı reyd keçirilib FOTO

15 İyul 2019 13:32 (UTC+04:00)

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, o cümlədən yol kənarlarında qeyri-qanuni heyvan kəsimi fəaliyyətinin qarşısının alınması məqsədilə növbəti nəzarət tədbirlərini Quba və Xaçmaz rayonlarında həyata keçirilib.

Qida Təhlükəsizliyi Agentliyindən SİA-ya verilən məlumata görə, reydlərdə Agentliyin əməkdaşları ilə yanaşı, yerli icra hakimiyyətlərinin və Daxili İşlər Nazirliyinin yerli struktur bölmələrinin əməkdaşları da iştirak ediblər.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, reyd zamanı bəzi kəsim məntəqələrində mənşəyi bilinməyən heyvan cəmdəyinin hissələri aşkarlanıb, bəzi ətlərin üzərində möhürlərin olmadığı müəyyən edilib.

Qeyri-qanuni fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinin sahiblərinə yalnız ixtisaslaşmış kəsim məntəqələrində kəsimin həyata keçirilməli olduğu, ət məhsullarının laborator analizdən sonra satışa çıxarılmalı olduğu bildirilib.