İsveçdə təyyarə qəzasında 9 nəfər ölüb

15 İyul 2019 03:29 (UTC+04:00)

İsveçdə birmotorlu təyyarənin qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub.

SİA xəbər verir ki, bu barədə regionun “Vesterbotten” rəsmi saytı məlumat verib.

“Təyyarənin göyərtəsində olan bütün insanlar həlak olub. Onların qohumlarına bu barədə bildiriş verilib” – deyə press-relizdə qeyd edilib.

Qeyd edək ki, “GippsAero” aviaşirkətinin istehsalı olan “GA8 Airvan” model təyyarəsi havaya qalxdıqdan təxminən yarım saat sonra burnu üstə Stursandsşer adasına düşüb.

Qəzanın səbəbləri araşdırılır.