İndoneziyada helikopter qəzaya uğrayıb

15 İyul 2019 05:09 (UTC+04:00)

İndoneziyanın Lombok adasında helikopter qəzaya uğrayıb.

SİA xəbər verir ki, qəza nəticəsində 4 nəfər yaralanıb.

Qeyd edilir ki, qəzaya uğrayan helikopter “PT Carpediem Air” şirkətinə məxsus olub. Xəsarət alanlardan biri helikopterin pilotu, digərləri isə helikopterin göyərtəsindəki turistlər olub.