"Barselona" Qrizmannı təqdim etdi

14 İyul 2019 22:13 (UTC+04:00)

"Barselona" yeni transferi Antuan Qrizmannla müqavilə bağlayıb.

SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi ilə 5 illik sözləşməyə imza atan fransız hücumçu ictimaiyyətə təqdim olunub. 28 yaşlı futbolçu yeni komandasında 17 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Barselona" Qrizmannın keçidi üçün "Atletiko"ya 120 milyon təzminat ödəyib.