Dənizdə batan var Axtarış aparılır

14 İyul 2019 17:55 (UTC+04:00)
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonunda dənizdə, 1 nəfərin batması barədə məlumat daxil olub. FHN-dən SİA-ya verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.