Somalidə otelə hücum edilib

12 İyul 2019 21:17 (UTC+04:00)

Somalinin Kismayo şəhərində yerləşən dəbdəbəli otelə hücum edilib. Yerli Garowe Online nəşrinin yaydığı məlumata görə, əvvəlcə oteldə partlayış törədilib. Bunun ardınca silahlı hücum başlayıb. “Moqadişodan təxminən 500 kilometr məsafədə yerləşən Kismayo liman şəhərindəki dəbdəbəli otelə partlayışdan sonra başlayan hücum davam edir”, - nəşrin məlumatında belə deyilir.

Hücumun məsuliyyətini “Əş-Şəbab” qruplaşması üzərinə götürüb.