Küveytdən Bakıya birbaşa reyslər açılacaq

12 İyul 2019 20:03 (UTC+04:00)

“Küveyt hava yolları” bu il avqustun 1-dən Küveytdən Bakıya birbaşa reyslərə başlayacaq. Trend-in məlumatına görə, bu barədə aviaşirkətin “Twitter” hesabında deyilir. Reyslər həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək.