Qusarda "Azərbaycana həsr olunmuş ömür" adlı konfrans keçirilib FOTOLAR

12 İyul 2019 18:37 (UTC+04:00)

YAP Qusar rayon təşkilatı və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibəti ilə "Azərbaycana həsr olunmuş ömür" adlı konfrans keçirilib.

Tədbiri giriş sözü ilə YAP Siyasi Şuranın üzvü, rayon təşkilatının sədri David İbramxəlilov açaraq bildirib ki, 1969-cu ilin 14 iyulu Azərbaycan tarixində çox əlamətdar tarixlərdən biridir: "Azərbaycanın Memarı və Qurucusu Ümummilli Lider Heydər Əliyev 1969-cu ildə Azərbaycanın Mərkəzi Komitəsinə Birinci Katib seçildiyi zaman respublikanı durğunluq dövründən çıxararaq, bütün sahələrdə inkişaf yolunu müəyyənləşdirdi. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə respublikamızın bütün sahələrdəki qüdrətli inkişafı və bu inkişafın nəticələri ölkəmizin və xalqımızın gələcək taleyinə çox yüksək təsir göstərib.» Rayon təşkilat sədri bildirib ki, Ulu Öndərin rəhbərliyi ilə XX əsrin 70-ci illərindən başlayaraq, ölkəmizdə elə bir tarixi bünövrə yaradıldı ki, onun möhkəm dayaqları üzərində gələcəkdə müstəqil Azərbaycanın qurulması mümkün oldu: "Ümummilli Liderin təlatümlərdən çıxararaq, qurub-yaratdığı Azərbaycan müasir dövrümüzdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün dünyaya möhtəşəm yüksəliş dinamikası nümayiş etdirir".

Tədbirdə çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Vahid Mehtixanov Ulu Öndər Heydər Əliyevin XX əsrin Azərbaycana, xalqımıza və dünyaya bəxş etdiyi ən böyük Vətəndaş, Dahi Şəxsiyyət, Müdrik Siyasi Xadim, Əbədi Lider olduğunu vurğulayaraq, Ulu Öndərin uzaqgörən siyasətinə nəzər salıb.

Tədbirdə Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Lalə Sadirova və elmi işçisi Fidan Kazımzadənin hazırladıqları video-təqdimatlara baxış keçirilib.

Tədbirin sonunda Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanovanın Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuş "Azərbaycançılıq ideologiyası multikultural və etik-əxlaqı dəyərlər sistemində" ilk kitabı təqdim olunub.

NƏZAKƏT ƏLƏDDİNQIZI