Polis Kəpəzdə silah-sursat aşkarlayıb

12 İyul 2019 17:30 (UTC+04:00)

Kəpəz RPİ-nin əməkdaşları tərəfindən silah-sursat tapılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya məlumat verilib.

Bildirilir ki, Kəpəz RPİ-nin əməkdaşları tərəfindən Tereşkova qəsəbəsi ərazisindən 1 ədəd “F-1” markalı qumbara, 3 ədəd qumbara alışdırıcısı, 6 ədəd fişəng, 2 ədəd patron darağı və 120 ədəd müxtəlif çaplı patron tapılıb.