Tramp fövqəladə vəziyyət elan etdi

12 İyul 2019 16:56 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp yaxınlaşmaqda olan “Barri” tropik qasırğası ilə əlaqədar Luiziana ştatında fövqəladə vəziyyət elan edib. SİA-nın verdiyi məlumata görə, D.Tramp Luiziana ştatına federal səviyyədə yardım olunması barədə göstəriş verib.

“Barri” qasırğasının Meksika körfəzi üzərində formalaşdığı deyilir. Hidrometeoroloqların proqnozlarına əsasən, qasırğa gecə saatlarında Luiziana sahillərinə çatacaq.