ABŞ-da 8 nəfər xəsarət alıb

12 İyul 2019 17:10 (UTC+04:00)

Nyu Yorkda taksi restoran binasına çırpılıb, hadisə nəticəsində səkkiz nəfər yaralanıb. Bu barədə "Independent" nəşri məlumat yayıb. SİA "RT"yə istinadən xəbər verir ki, hadisə 11 iyul tarixində baş verib.

Məlumata əsasən, xəsarət alanlardan beşi xəstəxanaya yerləşdirilib, üçü isə tibbi yardımdan imtina edib.

Hazırda polis hadisənin başvermə səbəblərini araşdırır.