Marionet Ermənistan hakimiyyəti

12 İyul 2019 15:33 (UTC+04:00)

Paşinyanın hakimiyyəti dövründə Ter-Petrosyan komandasının təsir imkanları daha da artıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, “İrates” qəzetinin yazdığına görə, bu təsir imkanlarının artmasını Ermənistandakı mövcud hakimiyyət barədə məlumatlar da təsdiq edir.

Qəzetdə o da qeyd olunur ki, bunlarla yanaşı bütün təşviqat və təbliğat siyasəti Ermənistanın İctimai Televiziyasında Nikol Paşinyanın mətbuat katibi Vladimir Karapetyan tərəfindən koordinasiya edilir. O, təbliğati informasiya proqramlarında vurğunun nəyin üzərinə qoyulması, nəyin daha çox qabardılması, kimi dəvət etmək, kimi qara siyahıya daxil etmək məsələlərində birbaşa əmr verir.

Bəlli olur ki, Nikol Paşinyan nə qədər pafosla danışsa da heç də demokratiyadan, demokratik hakimiyyətdən söhbət belə gedə bilməz və Ermənistanda marionet bir hakimiyyət mövcuddur.